пятница, 16 января 2015 г.

Düşüncə və məntiq

Bilmədiyini bilənin arxasından gedin. Bilmediyini bilmeyənləri oyadın. Bilmədiyini bilene, öğretin. Bilmədiyini bilməyəndən, qaçın.


De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (Zumər.9)
Abstrakt (mücərrəd) düşüncə nədir?

Abstrakt (mücərrəd) düşüncə həqiqi varlıqlar barədə əldə olunan məlumatları rəmz halına çevirib onları manipulyasiya etmək bacarığına yiyələnmək, hər hansı bir həll yolunu tapmaq və bu həll yollarını yenə də praktiki olaraq həmin varlıqlar (obyekt) üzərində tətbiq etməkdən ibarətdir. Belə bir səviyyə elmi işlərlə məşğul olan müasir insanlarda kifayət qədər inkişaf etmişdir. Belə ki, elm müasir insanın həyatının böyük bir hissəsini tutmuşdur. Belə bir bacarıq fizika və riyaziyyat alimlərində daha çox inkişaf etmişdir. Uşaqlarda abstrakt düşüncə buludlara “əjdaha” dediyi zaman başlayır. Əgər zabit masanın üzərinə sərdiyi xəritənin lazım olan yerlərinə bir neçə kartof qoyur sonra da hazırladığı planla döyüşdə qalib gəlirsə, bu onun güclü abstrakt bacarığına malik olmasından və bunun sayəsində mövcud çətinliyi həll edə bilməsindən xəbər verir. Yəni əslində abstrakt planı reallığa çevirə bilir. Riyaziyyatdakı bütün bərabərliklər yalnız müəyyən abstrakt düşüncə səviyyəsinə sahib olmaqla həll olunur. Dilin özü isə rəmzlər yığımıdır. Belə ki, inək sözü ilə inəyin özü tam fərqli şeylərdir. İnsan isə sonradan icad etdiyi müxtəlif rəmz və əlamətlərin sayəsində bir çox uğurlu əməliyyatlar apara bilmişdir. Hərbi sahədə istifadə olunan “morz” əlifbasını və ya görmə qabiliyyətindən məhrum olan şəxslərin istifadə etdikləri əlifbanı buna misal çəkmək olar. Rəmz və işarələrlə fikir bildirmək qabiliyyətinə tək insanlar deyil, demək olar ki, bir çox heyvanlar da malikdirlər. Meymunların təhlükə hiss etdikləri zaman çıxardıqları səs və etdikləri hərəkət buna misal ola bilər.

Məntiqi düşüncənin inkişafı

Məntiqi düşüncənin inkişafı - bu bütün proseslər üçün lazım və vacibdir. Bəs məntiq özü nədir? Yunan dilində “logika” kimi tələffüz olunan bu sahə “mülahizələr haqqında elm”, “fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm” – məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elm kimi başa düşülməlidir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o, düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Məlum məsələdir ki, məntiq elmi eramızdan əvvəl Qədim Yunanıstanda meydana gəlmiş və o zamanlar insanlar bu günün müasir insanı kimi düşünə bilməmişdir. Lakin bu günün müasir insanı kifayət qədər düşünə, fikirlərini ifadə edə və çətinliklərini həll edə bilir. Belə olduğu bir halda müasir insanın da məntiqə ehtiyacı var? Heç şübhəsiz ki, ehtiyac duyur və bəlkə də yarandığı və arada olan müddətdən daha çox. Çünki insanın düşünmə qabiliyyəti inkişaf etdikcə fərqli fikirlər meydana gəlir, bu isə çoxsaylı ixtilafların yaranmasına səbəb olur. Bunun üçün də doğrunu yanlışdan ayrıd etməyin tək yolu məntiqdir. Şerlok Holmsın açdığı cinayətlərə nəzər saldıqda onun cinayətlərinin məhz məntiqi mülahizələr əsasında üzə çıxardığını görürük. İslam dünyasında müsəlman alimlərinin xristian, yəhudi, bütpərəst və ateistlərin qarşısına üzüağ çıxmalarına səbəb olan ən başlıca amillərdən biri də məhz məntiq elmi olmuşdur. Məsələn, İmam Əli (ə) “Siz müsəlmanlar üzümü yeyir, amma üzümdən hazırlanan şərabı içmirsiniz” deyərək özü-özlüyündə irad tutduğunu güman edən xristiana cavab olaraq buyurur: “Siz xristianlar da qəribə ümmətsiniz inəyin ətini yeyir, südünü içir, südündən hazırlanan qatıq və yağı yeyir, amma peyinini yemirsiniz” deyərək cavab verir. Məntiqin gücləndirilməsi üçün hər dövrün özünəməxsus üsulları olmuşdur. Məsələn, Qədim Roma və Yunanıstanda labirintlər qurar, onlardan müxtəlif sahələrdə istifadə edərdilər. Quran ayələrinə nəzər saldıqda biz bunu müxtəlif misalların çəkilməsi və bu misalların arasındakı sıx əlaqələri görürük. Müasir dünyamızda azyaşlı uşaqlar üçün pazllardan, müəmmalı şəkillərdən istifadə olunur. İki oxşar şəkil arasındakı fərqlərin tapılmasını, qarışıq yollarla məqsədə çatdıran oyunları, rəqəmlər hazırlanan oyunları buna misal çəkmək olar. Tarixi dəqiq məlum olmayan şahmat və sonrakı dövrlərdə meydana gələn dama, domino kimi oyunlar da məhz məntiqin inkişaf və gücləndirilmə məqsədilə icad olunur. 

Комментариев нет:

Отправить комментарий