вторник, 13 января 2015 г.

Dəstəmaz ruhu işıqlandırır

Dəstəmaz ruhu işıqlandırır



Şübhəsiz ki, dəstəmazın iki faydası var: mənəvi fayda və gigiyenik (sağlamlığa təsirli) qayda. Gigiyenik baxımdan gündə beş dəfə və ya üç dəfə üzün və əllərin yuyulması insanın təmizliyinə böyük təsir göstərir. Suyun tüklərə və dəriyə çatması şərti ilə başa və ayaqlara məsh çəkilməsi həmin üzvləri də pak saxlamağımıza səbəb olur. Dəstəmazın mənəvi təsirləri də var. Bu iş Allaha yaxınlaşma məqsədi ilə yerinə yetirildiyindən insanın ruhuna tərbiyəvi təsir göstərir. Dəstəmaz ümumi şəkildə insanın başdan başlamış ayağadək Allaha itaət yolunda hərəkətini bəyan edir.
Fəzl ibn Şazan nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “Dəstəmaz və ona hazırlıq göstərişinin səbəbi bəndənin zəvvar Allah hüzurunda minacat zamanı paklığı, zahirən istənilən bir çirkinlikdən uzaqlığı, yuxulu vəziyyətdən çıxması, Allah qarşısında pak-pakizə bir qəlblə dayanmasıdır.”
Allah-taala “Maidə” surəsində dəstəmaz, qüsl, təyəmmüm və onların yerinə yetirilmə qaydası haqqında məlumat verdikdən sonra buyurur: “Allah sizə çətinlik yaratmaq yox, sizi paklamaq istəyir.”[2]
Bu zahiri paklıq insanın ruhi paklığı ilə müşayiət olunur. Söhbətimizin bu məqamında uyğun təsirlərdən bəzilərini nəzərdən keçiririk.

[1] “Vəsailuş-şiə”, c. 27, s. 27, hədis 20
[2] Surə 35, “Fatir”, ayə 28

Комментариев нет:

Отправить комментарий