пятница, 27 ноября 2015 г.

Yersiz "Əlhəmdulillaha" görə 30 il Allahdan bağışlanma dilədi?!

Böyük irfani məqama çatmış bir alim yersiz "əlhəmdulillah"-a görə 30 il "əstəğfirullah"- yəni Allahdan bağışlanma dilədi!
İraqın Bəsrə şəhərindən olan bir alim 30 il Allahdan bağışlanma zikrini hey deyərdi. Şagirdlərindən biri soruşdu. Nə üçün bu zikrdən əl çəkmirsiniz?! 
Bir halda ki sizdən bir günah olsun belə görmədik? 
Alim cavab verdi: Mənim 30 illik bağışlanma zikrini deməyimin səbəbi bir dəfə yersiz "Əlhəmdulillah" deməyimdir. 
Macərası belədir: Bir gün mənə xəbər gətirdilər ki, İraqın Bəsrə şəhərinin bazarını od tutub yanıb. soruşdum: Mənim evim necə? Dedilər: Sizə aid mülk yanmayıb...
Dedim: Əlhəmdulillah...
Əlhəmdulillah deməyimin mənası bu olur ki, Mənim mülküm yanmayıb, camaatın malı cəhənnəmə yansın!
O əlhəmdulillah deməyim özümü istəkdən irəli gəldi, Allaha xatir olmadı... 14-masoum.
Mgeo.ge

Комментариев нет:

Отправить комментарий