пятница, 27 ноября 2015 г.

İmam Əli (ə) dövründə çox təsirli əhvalat

Deyirler uc qardas imam  Əlinin (ə)
yanına gəldilər və dedilər: İstəyirik bu kişidən atamızı öldürdüyünə görə qisas alasan. İmam Əli (ə) o kişiyə buyurdular: Onu niyə öldürmüsən? Kişi dedi: Mən qoyun, dəvə və .... otaranam. Dəvələrimdən biri bu uşaqların atasına aid olan ağaclardan birindən yeməyə başladı. Ataları dəvəni daşla vuraraq öldürdü. Mən elə o atdığı daşı götürüb atalarına tərəf atdım və o da öldü.
İmam Əli (ə) buyurdular: Sənə İslam şəriəti ilə cəza verəcəm. O kişi dedi: Mənə üç gün möhlət verin. Atam ölübdür və ondan mən və kiçik qardaşım üçün xəzinə qalıb. Mənim ölümümlə atamdan qalan var-dövlət heyif olub aradan gedəcək. (yəni xəzinənin yerini mən bilirəm.) İmam (ə) buyurdular: Kim sənin qayıdışına zamin olacaq? Kişi camaata baxdı və dedi: Bu kişi! (Əbuzər) Əmirəlmöminin (ə) buyurdular: Əbuzər! Bu kişiyə zamin olursan? Əbazər dedi: Bəli. Əmirəlmöminin (ə) buyurdular: Sən onu tanımırsan, əgər qaçsa şəriət cəzasını sənin üstündə həyata keçirəcəm! Əbazər dedi: Mən bu kişiyə zamin oluram Ya Əmirəlmöminin! O kişi getdi. Və keçdi bir gün, iki gün, üç gün və ...  Xalq Əbazərin haqqında narahat idilər ki, onun üstündə şəriət cəzası olmasın... Axşam namazına az qalmış o kişi çox yorğun halda qayıtdı və dedi: Xəzinəni qardaşıma verdim və indi sizin hökmünüzə baş əyirəm.
İmam Əli (ə) buyurdular: Nə səbəb oldu ki qayıdasan bir halda ki qaça bilərdin?
O kişi dedi: Qoruxdum ki deyələr əhdinə vəfa əxlaqı xalqın içindən məhv olub...
Əmrəlmöminin (ə) Əbazərdən soruşdular: Niyə bu kişiyə zamin olmağı qəbul etdin?
Əbuzər cavab verdi: Qoruxdum ki, deyələr xalq arasında yardımlaşmaq və yaxşılıq aradan gedib.
Öldürülmüş şəxsin övladları qatilin və Əbazərin sözündən təsirlənərək dedilər: Biz də onu bağışladıq, haqqımızı halal etdik. İmam Əli (ə) öldürülmüş şəxsin övladlarından soruşdu: Nə səbəbdən?   Dedilər: Qoruxduq ki, deyələr ki, bağışlamaq və haqqından keçmək xalqın həyatından silinmişdir. 
Mgeo.ge


Комментариев нет:

Отправить комментарий