понедельник, 28 сентября 2015 г.

Valideynlər arasındakı münaqişələr uşaqların beyninə mənfi təsir göstərir

Şərqi İngiltərə Universitetinin alimləri sübut ediblər ki,
minimal ailə münaqişələri uşağın
beyin inkişafına neqativ təsir göstərir və gələcəkdə psixiki problemlərin yaranmasına zəmin yaradır.

Ekspertlər 17-19 yaşlı insanların iştirakı ilə tədqiqat işi aparmışlar. Skaner vasitəsilə beyinin fəaliyyətini izləmiş və sübut etmişlər ki, o kəslər ki, uşaqlıq dönəmində (11 yaşa qədər) ailə çəkişmələri ilə üzləşib? daha kiçik beyinlərə malik idilər, «Rossiyskaya qazeta» xəbər verir. Ekspertlərin rəyinə görə, kiçik beyin yaşlı dönəmdə psixiki xəstəliklərin risk indikatoru ola bilər.
Daha öncə, ABŞ-ın Yuta ştatının universitet əməkdaşları müəyyən etmişlər ki, ailə çəkişmələri stress hesabına  vaxtından tez ölüm riskini də artırır.  Tədqiqatçılar orta hesabla bir yerdə təqribən 36 il ömür sürmüş 136 cütlük arasında sorğu keçirmiş və bu qənaətə gəlmişdilər. (world.fedpress.ru)

Комментариев нет:

Отправить комментарий