воскресенье, 21 июня 2015 г.

Xoş gəldin Ramazan...

Ramazan ayı on bir ayın sultanı, insanlığın qaranlıqdan aydınlığa və dəlalətdən hidayətə aparan Quranın endirildiyi aydır.

Allahu Təala belə buyurur:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq- aydın dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.” (Bəqərə, 185)
Allahu Təala yenidən mübarək Ramazan ayına bizə qovuşmağı nəsib etsin. Bu mübarək ayın fəzilətini, dəyərini və müsəlmanların bu ayda vəzifələrindən bəhs edəcəyik. Bu ayın fəzilətini bizlərə Peyğəmbərimiz (s.a.s.) bu hədisi ilə göstərir:
“Əgər qullar Ramazan ayındakı üstünlükləri bilsəydilər bütün ilin Ramazan olmağını istəyərdilər.”(Təbərani)
Ramazan hər cəhəti ilə ibadət mösümüdür. Hər mömin namazı, orucu, yaxşılıqları və duasıyla bu rəhmət və bərəkətdən nəsibini almağa çalışar. Bilərək və ya bilməyərək etmiş günahları üçün Allahdan əfv diləyər, Rəbbinə niyaz edər: 
Allahu Təala da qulunun bu səmimi dua və niyazını qaşılıqsız qoymaz, günahlarını əfv edər, rəhmətinə qərq edər.
Ey insanlar böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başımızın üstünə düşdü. Bu elə bir aydır ki, içində min aydan daha xeyirli Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazı haqlı qıldı. Bu ayda kiçik-böyük xeyir iş görən insan, başqa aylarda bir fərz əda etmiş kimi savab alar. 
Bu ayda bir fərzi yerinə yetirmək , başqa aylarda yetmiş fərz yerinə keçir.
Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbr və təhəmmül ayıdır. Səbrin qarşılığı Cənnətdir. 
Bu ay yardımlaşmaq ayıdır. 
Bu ay möminlərin ruzilərini artıran aydır. 
Bu ayda hər kim oruclu bir möminə iftar etmək üçün bir şey verərsə, etdiyi günahların bağışlanmasına və Cəhənnəmdən qurtulmasına səbəb olar. Oruclunun savabından heç bir şey əskik olmadan onun qədər savaba qovuşar.” 
Peyğəmbərimiz (sav) buyurmuşdur:
"Bu ayın başı rəhmət, ortası məğfirət, sonu da Cəhənnəmdən qurtuluşdur"
“Ramazan ayı girəndə cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır. Şeytanlar zəncirə vururlur.” (Buxari, Müslim) 
Uca Allahdan arzum odur ki,hamımıza bu ayda cənnəti nəsib etsin.

Комментариев нет:

Отправить комментарий