воскресенье, 28 декабря 2014 г.

Imam Əli ibn Abu Talib (a) fəzilətlər


Ali (a.s) :«Uşaqlığım
da Peyğəmbər (s.a.s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».

Ali (a.s) :««Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. Islamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.»

Muhammadi (s.a.s) : «Әlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür».

IMAMDAN QISA KӘLAMLAR


1.Mö᾽min sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar.

2. Allaha and olsun ki, məni mö᾽mindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz.

3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.

4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.

5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin.

Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:

«Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar:

Allahın kitabı.

Әhli-beytim.

Daha sonra hamının görə bilməsi üçün həzrət Әli əleyhissalamın əlini uca bir bayraq kimi qaldırıb buyurdu:

«Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır. Allahım! Әli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. Inşaallah ki, eşidib qəbul edərlər».

Комментариев нет:

Отправить комментарий