воскресенье, 28 декабря 2014 г.

Duadayam






Duadayam,qəbul eylə,
bu duamı,Allahım!...
Dualarım təmənnasız,
gör halımı,Allahım!...

Yaradan sən,İlahi sən,
yaşadan da sən özün!...
Günahları bağışla sən,
sürünək biz dizin-dizin!...

Günahkarıq,yenə bizə-
qullarına kərəm eylə...
Duadayam,Allahım,
bu duamı qəbul eylə

Комментариев нет:

Отправить комментарий