пятница, 7 августа 2015 г.

Boşanmanın əsl səbəbi nədir?

Ailədə sağlam mühitin olması çox əhəmiyyətlidir.
Qarşılıqlı hörmət, nəzakət övladların tərbiyəsində böyük rol oynayır. Əgər belə bir ailəyə sahibsinizsə, xırda anlaşılmazlıqlara güzəşt edərək onu qoruyun. Amma çox vaxt bu mühafizə də yetərli olmur. Boşanmaya gətirib çıxaran əsas amillərin bir neçəsini nəzərinizə çatdırmaq istərdik:
1. Başqalarının müdaxiləsi.
Boşananların böyük əksəriyyəti “uyğunlaşa bilmədik” faktorunu əsas gətirsə də, əsas səbəb başqalarının müdaxiləsi olur. Qohumların, tanışların, xüsusilə valideynlərin gənc ailəyə yerli-yersiz müdaxiləsi həqiqətən də onları bir gün boşanma kürsüsünə qədər çəkib gətirə bilər. Bir anlıq valideynlərlə birgə həyatı təsəvvür edin. Əgər təhlükəli anlarda balıq kimi sıyrılıb çıxış yolu tapa bilməsəniz, bu gec, ya tez özünün təsirini göstərəcəkdir. Xüsusilə əgər valideynlərdən hansı birisə əvvəldən bu evliliyin əleyhinə olubsa. Ailənizi qorumağa Allah köməyiniz olsun.
2. İqtisadi və maddi məsələlər.
Ailə həyatında ər və arvad hər bir şeydə şərik olmalıdır. “Mənim malım”, “mənim cehizim” ibarələri münasibətlərdə soyuqluq və ayrılıq yarada bilər. Gənc ər-arvad belə sözlərin üzərindən qara xətt çəkib, “bizim malımız”, “bizim problemimiz” və “bizim çətinliyimiz” kimi sözlər işlətməlidirlər. Düzgün nizamlanma olmadıqda, sərvətin çoxluğu çətinlik yaradar. Atalar yaxşı deyib: “Duz-çörək yeyəsən, amma günün xoş keçsin”. Bu kəlam onu demək istəyir ki, insanın maddi ehtiyacları orta həddə təmin olsa, kifayət edər, lakin mənəvi ehtiyaclar ali səviyyədə təmin olunmalıdır. Maddi çətinlikləri həll etmək olur. Evlilər qənaətə riayət edib yersiz xərclərdən çəkinərək büdcələrini tənzimləyə bilərlər. Bu onların uzlaşmamalarına heç də əsl səbəb deyildir.
3. Mədəni və sosial təbəqə mənsubluğu amilləri.
Ailə sağlamlığına mane ola biləcək səbəblərdən biri də ər-arvadın dünya görüşündəki (kəndli-şəhərli), yaxud təbəqati (varlı-kasıb) uyğunsuzluğudur. Təəssüf ki, belə şəxslər sevgi və əxlaqı əsas tutmur, həyatlarını daha da gözəlləşdirməyə çalışmır, boş iftixarlar, yersiz “mənəm, mənəm”lərlə qarşı tərəfi təhqir edirlər. Alçaldılma olan bir evdə isə ailə davam tapa bilməz.
4. Anlaşılmazlıq və mənfi münasibət.
Ailələri yıxan səbəblərdən biri dikbaşlıq, sərtlik, şübhələr və s. bu kimi pis əxlaqlardır. Ər və arvadın hər biri bu kimi mənfiliklərin qarşısını almalı və ilk fürsətdə onun həllinə çalışmalıdır. Çünki şübhə kiçik bir qar dənəsinə oxşayır ki, dağdan aşağı diyirləndikcə özüylə çoxlu qar toplayıb böyük bir uçquna səbəb olur.
5. İntiqam almaq və bəhanə axtarmaq (xırdaçılıq).
İntiqam almaq, bəhanə və eyb axtarmaq evləri yıxan ən pis xüsusiyyətlərdir. Təkrarlanan incikliklər, bir-birinin ən xırda eyblərini axtarmaq və s. ər-arvad münasibətlərini dağıdıb qırır. Fikir ayrılığı və səhvlər zamanı bağışlamaq ən gözəl işdir. Onun müsbət xüsusiyyətlərini axtarın, “dəfn olunmuş ötüb-keçənləri” unudun. Həqiqətən işi bir-birinə əziyyət etməkdən başqa bir şey olmayan ər-arvadın ailəsi nə vəziyyətdə olar?
6. Diktatorluq.
Ailə məhəbbət azadlıq, anlaşma və məsləhət ocağıdır. Əgər ər-arvaddan hər hansı yalnız özünün “sözünün keçərli” olması iddiasına qalxarsa, ev mühiti zindan fəzasına çevrilər. Biri göstəriş verir, əməl edilmədikdə təhdid edir və başqalarına nəfəs belə çəkməyə imkan vermir. Belə şəraitdə fərdlər özlərini təhqir olunmuş hiss edir və qaçıb uzaqlaşmaq istəyirlər. Belə ailədə məsləhətləşmənin mənası qalmır, çünki qərar qəbul edən bir nəfərdir. Hər halda diktatorluq ailə təməlini dağıdan amillərdən biri sayılır.
Təbii ki, bu siyahını hələ çox uzatmaq olar. Hər halda ailə qurmusuzsa, ondan muğayat olun, çünki Allah təlağı sevmir.

1 комментарий:

  1. Gününüz yaxşı olan dostlar, mənim adım Mika Qəhrəmanova, Bakı, Azərbaycan, mən peşə üzrə həkiməm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Grønseth ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu məni sevmək üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, mən əlimdə olan hər şeyi soruşdum, söz verdim amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. bu şəkildə hər hansı bir yardıma ehtiyac duyduğunuzda həkiminizbinovia93@gmail.com ya da whatsapp +23481444807 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz və ya da viberlə +2348144480786 nömrəli ünvana müraciət edə bilərsiniz və lazımlı şeyləri götürün ......

    ОтветитьУдалить