воскресенье, 26 июля 2015 г.

Anaların ailədəki rolu – ARAŞDIRMA

Ailəni kiçik bir cəmiyyətə bənzətmək olar
. Bu kiçik cəmiyyət böyük cəmiyyətə çox böyük təsir qoyur. Qadın bu mühüm və həssas cəmiyyətin döyünən qəlbidir. Ailənin həyatı ondan asılıdır. Cəmiyyətin də qəlbi ailənin qəlbindən asılıdır. Ona görə də cəmiyyətin süqut etməsi və ya irəli getməsi qadının ailədəki rolundan asılıdır.
Qadın həm həyat yoldaşı və həm də ana kimi ailənin taleyində təsiredicidir. Ananın tərbiyə etdiyi övlad cəmiyyətin gələcəyini təyin edir. Baxmayaraq ki, ata da bu tərbiyədə mühüm rola malikdir, ancaq təcrübənin bizə göstərdiyi budur ki, övladda təfəkkür və rəftar aşılamaqda ən birinci yerdə ana durur. Əlbəttə, bu həssas tərbiyə övladın ilk illərində daha təsiredicidir. Yəni o zaman ki, övladların şəxsiyyətləri formalaşır. Ancaq sonrakı inkişaf mərhələsində, xüsusilə də yeniyetmə və cavanlığa qədəm qoymaq dövründə isə yoldaşlarının, cəmiyyətin və məktəbin də təsiri böyükdür.
Valideyn tərbiyəsi, xüsusilə də ananın verdiyi tərbiyə əgər dini çalarlara malik olarsa, övladın şəxsiyyəti düz istiqamətdə formalaşacaqdır. Ancaq cəmiyyətdə çox hallarda müşahidə edirik ki, cavanlarımız təmtəraqa və bahalı əşyalara, evlərə və maşınlara qarşı daha çox rəğbət hiss edirlər. Ancaq keçmişdə belə deyildi. Çünki o zamanlar insanların maddi rifahı təqribən eyni səviyyədə idi. Ona görə də ailədə daha çox mənəvi tərəflərə və rəftarlara yer verilirdi.
Ailələrdə hətta əgər maddi imkan çox olsa belə, israfdan söz belə olmazdı. Ancaq hal-hazırda şərait başqa cürdür. Bu gün müasir ailədə keçmişlə müqayisədə baş verən dəyişikliklərin müsbət və mənfi tərəfləri vardır.
Ailədə ata rəhbər olmalıdır və ana da müşavir və ailədəki bütün işlərə nəzarət etməlidir. İqtisadi cəhətdən atanın və ananın rolu mühümdür. Ancaq onların bu sahədəki fəaliyyətləri fərlqənir. Ata ailənin bütün maddi ehtiyaclarını təmin etməklə vəzifələndirilmişdir. Ana isə evin bütün işlərinə nəzarət edir və evin ehtiyaclarını atanın qazandığı maliyyə imkanlarını idarə etməyə çalışır. Əgər ailədə ana üçün maddiyyat birinci sırada durmursa, övladlar da bu cür böyüyəcəklər. Ancaq əgər bu məsələ tərsinədirsə, bu zaman övladın yeniyetmə və cavanlıq yaşına çatanda fikri çox yuxarılarda olacaqdır. Ana zəruri ehtiyac yerinə pulu toplayıb, lyuks bir əşya alır və belə fikirlərşir ki, övladının heç bir ehtiyacı olmasın və korluq çəkməsin. Bu övlada xeyirdən çox zərər vuracaqdır. Çünki övlad bu əşyadan daha da yaxşısını əldə etmək arzusunda olacaqdır. Maddi arzular mənəvi inkişafı ləngidəcəkdir.
Ana övladına izzəti-nəfs aşılayır. Bu xüsusiyyətə malik olan bir övlad sanki böyük bir sərvət sahibi deməkdir. Bunu da qeyd etmək lazımdır ki, bu günün dünyasında övladlar çox israf edirlər. Çünki onlar ailədə puldan necə düzgün istifadə etməyi öyrənməmişlər. Çox az cavanlar vardır ki, bu hissə malikdirlər. Ancaq televiziya kanalları və ictiami təbliğat onu göstərir ki, insanların təfəkkürü və baxışları çox dəyişilmişdir. Ona görə deyə bilərik ki, övladlara qənaət etməyi analar öyrətməlidir. Övladın izzəti-nəfslə böyüməsi ananın səy və çalışmasından çox asılıdır. Əgər övlad maddiyyat yerinə mənəviyyatına daha çox yer versə, həm onun gələcəyi və həm də cəmiyyətin gələcək səadəti üçün həlledici olar.
(Tebyan saytına istinadən)

Комментариев нет:

Отправить комментарий